
Cənubi Amerikada Liberadores Kubokunun bütün yarımfinalçıları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, əsas klub turnirinin bu mərhələsinə Braziliyanın "Flamenqo" və "Palmeyras", Argentinanın "Rasinq", Ekvadorun "LDU Kito" komandaları yüksəlib.
Finala gedən yolda "LDU Kito" "Palmeyras"la, "Flamenqo" isə "Rasinq"lə qarşılaşacaq.
İlk yarımfinal matçlar oktyabrın 22-nə keçən gecə, cavab görüşləri oktyabrın 29-na keçən gecə olacaq.
Qeyd edək ki, "Flamenqo"nun ümumi heyətində "Qarabağ"da çıxış edən braziliyalı hücumçu Olavio Juninyo da yer alıb. Lakin Juninyo bir müddətdir komandanın oyunlarında iştirak ərizəsində yer almır.