
İngiltərə millisinin futbolçusu Harri Keyn Almaniya "Bavariya"sının heyətində 100 qol həddinə çatıb.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı hücumçu buna "Verder"ə qarşı Bundesliqanın V tur matçında "dubl" etməklə nail olub.
Keynə 104-cü oyununda sözügedən hədəfə qovuşub. Bu isə XXI əsrdə top-5 liqaların futbolçuları arasında eyni klubda fərqlənmək üzrə ən aşağı oyun göstəricisidir.
Təcrübəli futbolçu İngiltərənin "Mançester Siti" komandasının hücumçusu Erlin Holannı və İspaniya "Real Madrid"inin sabiq forvardı Kriştianu Ronaldunu geridə qoyub. Holann və Ronaldu 100-cü qolu 105-ci matçlarında vurublar.
Qeyd edək ki, Harri Keyn "Bavariya"ya 2023-cü ilin yayında keçib. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.
"Bavariya" "Verder"ə 4:0 hesabı ilə qalib gəlib. Keyn 45-ci və 65-ci dəqiqələrdə fərqlənib.