
“Real”dan “Milan”a keçidi bəzilərini təəccübləndirmişdi, ancaq 40 yaşlı Luka Modriç İtaliya A Seriyasında hələ də elit səviyyədə oynaya bildiyini sübut edir.
Sportnet.az “Opta Sports”-a istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi hazırda liqanın bir neçə statistik göstəricisinə liderlik edir:
- Ən çox dəqiq ötürmə – 300
- Rəqibin meydanında ən çox ötürmə – 169
- Uğurlu müdaxilələr – 10
- Topu geri qaytarma sayı – 31
- Xətlərarası uğurlu ötürmə – 46
Modriç bu yay “Milan”ın heyətinə qoşulub və A Seriyasında artıq 5 oyun keçirib. O, bu matçlarda bir qol vurub və 1 məhsuldar ötürmə verib.
40 yaşlı futbolçunun “qırmızı-qaralar”la” müqaviləsinin müddəti mövsümün sonuna kimidir.