
"Qarabağ" klubu Danimarka "Kopenhagen"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II tur matçından əvvəl azarkeşlərə müraciət edib.
Sportnet.az xəbər verir ki, müraciətdə deyilir:
"Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq. Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat (120 dəqiqə) qalmış açılacaq".
Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" oyunu saat 20:45-də başlanacaq.