UEFA Çempionlar Liqasının Liqa mərhələsində II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 9 görüş keçirilib.
Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqiblərindən İngiltərənin "Çelsi" və Portuqaliyanın "Benfika" komandaları bir-biri ilə üz-üzə gəlib. Görüş "zadəganlar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Benfika" Joze Mourinyonun rəhbərliyi altında ilk, ümumilikdə isə ardıcıl ikinci məğlubiyyətlə üzləşib.
Almaniya "Ayntraxt"ı İspaniya "Atletiko"suna 1:5, Niderland "Ayaks"ı Fransa "Marsel"inə 1:4, İngiltərənin daha bir təmsilçisi "Liverpul" Türkiyədə "Qalatasaray"a 0:1 hesabı ilə uduzub.
"Kayrat" isə Qazaxıstanda İspaniya "Real Madrid"inə 0:5 hesabı ilə yenilib. Bu, Almatı komandasının ardıcıl ikinci böyük hesablı məğlubiyyəti olub. İlk turda "Kayrat" Portuqaliyada "Sportinq"ə 1:4 hesabı ilə uduzmuşdu.
Çempionlar Liqası
Liqa mərhələsi, II tur
30 sentyabr
20:45. "Atalanta" (İtaliya) - "Brügge" (Belçika) - 2:1
Qollar: Lazar Samarciç, 74 (pen.). Mario Paşaliç, 87 - Xristos Tbilisidə, 38
20:45. "Kayrat" (Qazaxıstan) - "Real Madrid" (İspaniya) - 0:5
Qollar: Kilian Mbappe, 25 (pen.); 52; 73. Eduardo Kamavinqa, 83. Brahim Dias, 90+3
23:00. "İnter" (İtaliya) - "Slaviya" (Praqa, Çexiya) - 3:0
Qollar: Lautaro Martines, 30; 65. Denzel Dumfris, 34
23:00. "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 1:0
Qol: Riçard Rios, 18 (öz qapısına)
Qırmızı vərəqə: Joao Pedro, 90 ("Çelsi")
23:00. "Atletiko" (Madrid, İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 5:1
Qollar: Cakomo Raspodori, 4. Roben Le Norman, 33. Antuan Qrizmann, 45+1. Culiano Simeone, 70. Xulian Alvares, 82 (pen.) - Yonatan Burkardt, 57
23:00. "Budö-Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə) - 2:2
Qollar: Yens Petter Hauqe, 53; 66 - Mikki Van de Ven, 68. Yosteyn Qundersen, 89 (öz qapısına)
İstifadə olunmamış penalti: Kasper Hoq, 35 ("Budö Qlimt")
23:00. "Marsel" (Fransa) - "Ayaks" (Niderland) - 4:0
Qollar: İqor Payşan, 6; 12. Meyson Qrinvud, 26. Pyer-Emerik Obameyanq, 52
23:00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) - 1:0
Qol: Viktor Osimhen, 16 (pen.)
23:00. "Pafos" (Kipr) - "Bavariya" (Almaniya) - 1:5
Qollar: Mislav Orşiç, 45 - Harri Keyn, 15; 34. Rafael Gerreyro, 20. Nikolas Cekson, 31. Maykl Olise, 68
1 oktyabr
20:45. "Yunion" (Belçika) - "Nyukasl" (İngiltərə)
20:45. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka)
23:00. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)
23:00. "Bayer" (Almaniya) - PSV (Niderland)
23:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
23:00. "Napoli" (İtaliya) - "Sportinq" (Portuqaliya)
23:00. "Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə)
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atletik" (İspaniya)
23:00. "Barselona" (İspaniya) - PSJ (Fransa)














































































