
"Bu mükafatla yata bilməyəcəyəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında Danimarka "Kopenhagen"inə qarşı Liqa mərhələsinin II tur matçının ən yaxşı futbolçusu seçilməsini şərh edərkən deyib.
Oyunu UEFA-nın xüsusi mükafatı ilə tərk edən Cəfərquliyev əlavə edib: "Bunu elə yerə qoyacağam ki, həmişə onu görə bilim. Baxa-baxa bəlkə yataram".