
Türkiyə Super Liqasında VIII turun mərkəzi görüşü "Qalatasaray" və "Beşiktaş" arasında keçirilib.
Sportnet.az xəbər verir ki, "Rams Park"da təşkil olunmuş İstanbul derbisi heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 12-ci dəqiqədə qonaq komandadan Tammi Abraham açıb.
34-cü dəqiqədə Davinson Sançes birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub. Bununla belə, "sarı-qırmızılar" 55-ci dəqiqədə İlkay Gündoğanın dəqiq zərbəsi ilə bərabərlik qolunu vura bilib.
Bu nəticə ilə "Qalatasaray" xalını 22-yə, "Beşiktaş" 13-ə çatdırıb. "Cim-Bom" bu mövsüm Super Liqada ilk dəfə xal itkisi ilə üzləşib.