
Bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti görüşlər keçiriləcək.
Sportnet.az xəbər verir ki, ümumilikdə 4 qrupda 8 qarşılaşma oynanılacaq.
A qrupunda Almaniya millisi xalsız Lüksemburqu qəbul edəcəksə, ilk 2 turda bu komandaları məğlub etmiş Slovakiya Şimali İrlandiyanın qonağı olacaq.
B qrupunda itkisiz irəliləyən İsveçrə hələlik qələbəsi olmayan İsveç səfərində bu seriyanın davamını gətirməyə çalışacaq. Sloveniya da ilk qalibyyətini əldə etmək üçün səfərdə Kosovonu yenməlidir.
D qrupunda ilk 2 oyununu qələbələrlə başa vurmuş Fransa bu dəfə Azərbaycan yığmasını qəbul edəcək. Bu komandalarla görüşlərdən müvafiq olaraq, məğlubiyyət və qələbə ilə ayrılmış İslandiya isə ilk xalını ötən tur Azərbaycanla görüşdə qazanmış Ukraynanı qonaqlayacaq.
Nəhayət, 5 komandalı J qrupunda Belçika lider Şimali İrlandiyanı qəbul edəcək. Lixtenşteyn isə ilk xal və ilk qol həsrətinə Qazaxıstanla səfər oyununda son qoymağa çalışacaq.
A qrupu
22:45. Almaniya - Lüksemburq
22:45. Şimali İrlandiya - Slovakiya
Xal durumu: Slovakiya - 6, Şimali İrlandiya - 3, Almaniya - 3, Lüksemburq - 0
B qrupu
22:45. İsveç - İsveçrə
22:45. Kosovo - Sloveniya
Xal durumu: İsveçrə - 6, Kosovo - 3, İsveç - 1, Sloveniya - 1
D qrupu
22:45. Fransa - Azərbaycan
22:45. İslandiya - Ukrayna
Xal durumu: Fransa - 6, İslandiya - 3, Ukrayna - 1, Azərbaycan - 1
J qrupu
18:00. Qazaxıstan - Lixtenşteyn
22:45. Belçika - Şimali Makedoniya
Xal durumu: Şimali Makedoniya - 11 (5 oyuna), Belçika - 10, Uels - 10, Qazaxıstan - 3, Lixtenşteyn - 0.