
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq siyahısını dərc edib.
Sportnet.az-ın məlumatına görə, ümumilikdə 501 klubun olduğu siyahıda Azərbaycan təmsilçiləri də yer alıb.
Ötən ayla müqayisədə "Qarabağ" 171 xalla 14 pillə irəliləyib. Ağdam komandası yerində sayan və Çempionlar Liqasının V tur matçında qərarlaşacağı İtaliya "Roma"sı ilə birlikdə 82-ci pilləni bölüşür.
"Sabah" da 6 pillə irəliləyib və "Hayduk" (Split, Xorvatiya) və AEK (Afina, Yunanıstan) ilə birlikdə 81 xalla 296-cı mövqedə yer alıb.
36 pillə geriləyən "Araz-Naxçıvan" 66,5 xalla "Munisipial" (Qvatemala) və "Spartak" (Trnava, Slovakiya) ilə bərabər 391-cidir.
"Zirə" 27 pillə geriləyib və 65,5 xalla "Puntarenas" (Kosta Rika) ilə birlikdə 407-ci mövqedə qrəarlaşıb.
Siyahının ilk iki pilləsində yenə Fransanın PSJ (537 xal) və İspaniyanın "Real Madrid" (505 xal) yer alıb. 493 xala malik İtaliya "İnter"i 3-cü pilləyə yüksəlibsə, 485 xalı olan İngiltərə təmsilçisi "Çelsi" 4-cü mövqeyə geriləyib.