
"Belə səviyyəli turnirdə rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz".
Sportnet.az-ın məlumatına görə, bunu Ukrayna yığmasının futbolçusu İlya Zabarnı Polşada Azərbaycan millisinə qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
Fransa PSJ-sinin 23 yaşlı müdafiəçisi bildirib ki, bütün komandaların yaxşı müdafiə olunmağı, futbol oynamağı bacardıqları göz önündədir: "Bu səbəbdən, qiymətləndirməmək kimi bir şey yoxdur. Öz oyunuma fokuslanmışam və nəyi etməyin lazım olduğunu bilirəm".
Zabarnı sentyabrın 9-da Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etmələrinin həqiqətən də üzücü olduğunu vurğulayıb: "Lakin bu, futboldur. Hərdən belə hal da baş verir. Vəziyyətdən çıxmaq lazımdır. Nə dəyişib? Komandamız eynidir, bir qədər müddət keçib. Əvvəlki kimi, biz özümüzü ağır oyuna hazırlayırıq. Qalib gəlməyə hazırlaşırıq".
Qeyd edək ki, oktyabrın 13-də Krakov şəhərindəki "Krakoviya" stadionunda keçiriləcək Ukrayna - Polşa matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.