
Norveç "Budö Qlimt"inin qapıçısı Nikita Haykin Rusiya futbol vətəndaşlığından imtina edib.
Sportnet.az "Sport Baza"ya istinadən xəbər verir ki, 30 yaşlı qolkiper FIFA sistemində özünü Böyük Britaniya vətəndaşı kimi göstərib.
Yaxın vaxtlarda Haykin yenidən idman vətəndaşlığını Norveçə dəyişmək və bu ölkənin yığmasında oynamağa başlamaq niyyətindədir.
Onun Rusiya yığmasının məşqçilər heyətindən gələn bütün sorğulara imtina cavabı verdiyi bildirilir. Təcrübəli qapıçı Norveç pasportu almaqdan ötrü dil testləri də verib. Ona pasportu tezliklə verəcəklər.
Qeyd edək ki, Nikita Haykin İsraildə doğulub. O, Rusiyanın gənclər yığmasında 2 oyun keçirib. Haykin əsas milliyə də dəvət alsa da, heç bir matçda iştirak etməyib.
Qolkiperin "Budö Qlimt"lə hazırkı müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Transfermarkt oyunçunun bazar dəyərinin 2 milyon avro olduğunu bildirir.