
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya "Kayzerslautern"inin heyətindən kənarda qalması ilə əlaqədar açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu bu qərarın səbəbini özünün də bilmədiyini söyləyib.
O, "Kayzerslautern"in etdiklərinin Almaniyaya və bu ölkənin futbol mentalitetinə yaraşmadığını vurğulayıb: "Yalan-doğru, dönüşümdən sonra klubun prezidenti və idman direktoru iclas söz verib. Mən də o sualın cavabını axtarıram ki, oynamamaq səbəbim nədir. Çünki bəzi klubdaxili hərəkətlər oldu. Xüsusən, məşqçilərin davranışı xoşuma gəlmədi. Sizdən sadəcə, bir şeyi xahiş edirəm: Guya kiminləsə aramın pis olduğuna dair yazılıb-pozulanlar yalandır, bunların hamısı absurddur. Hətta sizə bir söz deyim: Həyatımda birinci dəfədir ki, heç bir şey etməmişəm. Əmin ola bilərsiniz. Gedib maraqlanacağıq. Vaxt olar o barədə də danışarıq. Etdikləri bəzi hərəkətlər onların ölkələrinə, o futbol mentalitetinə yaraşmır".
Qeyd edək ki, Mahir Emreli 5 oyundur "Kayzerslautern"in Almaniyanın II Bundesliqasındakı qarşılaşmalarının iştirak ərizəsinə salınmır.