
Oktyabrın 13-də Peşəkar Futbol Liqasının (PFL) nümayəndələri Tovuz şəhər stadionuna baxış keçirib.
Bu barədə Sportnet.az-a PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, səfər əsnasında mütəxəssislərlə yerindəcə müzakirələr aparılıb.
Abdullayev stadionda işlərin tamamlanmaq üzrə olduğunu bildirib: "Hazırkı durum, mütəxəssislərin rəyi, “Turan Tovuz” klubunun rəsmi müraciəti nəzərə alınmaqla Peşəkar Futbol Liqasının yekun qərarına əsasən "Turan Tovuz" klubunun 2 noyabrdan etibarən Tovuza qayıtması rəsmiləşəcək. Stadionun qazonunun tam müasir standartlara gətirilməsində əməyi olan hər kəsə, xüsusən də Tovuz klubunun rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, Tovuz şəhər stadionunun qazonunda əsaslı yenidənqurma işləri ilə bağlı “Turan Tovuz” mövsümün əvvəlindən ev oyunlarını “Azersun Arena”da keçirir.