
Çexiya Futbol Assosiasiyası millinin baş məşqçisi İvan Qaşeklə yollarını ayırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə bərabər köməkçisi Yaroslav Veselı da yığmanı tərk edib.
Çexiya millisi oktyabr qarşılaşmalarında Xorvatiya ilə qolsuz heç-heçə etdikdən sonra Farer adaları kollektivinə uduzub - 1:2. Hazırda bu komanda L qrupunda 13 xalla 2-ci yeri tutur.
Qeyd edək ki, İvan Qaşek Çexiya yığmasına 2024-cü ilin yanvarında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda 21 oyundan 11 qələbə, 5 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb. Ötən ilin payızında Qaşek bu kollektivə Millətlər Liqasının B Liqasında qələbə qazandırıb.