
İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini İngiltərə "Mançester Yunayted"inə rəhbərlik edə bilər.
Sportnet.az The Sun nəşrinə istinadən xəbər verir ki, bu, Ruben Amorimin postunu tərk edəcəyi halda gerçəkləşəcək.
60 yaşlı mütəxəssis klubun sahiblərindən biri Cim Retkliff kimi Fransanın cənubunda yaşayır. Son zamanlar onlar ictimai tədbirlərdə tez-tez görüşürlər.
Mançini 2009 - 2013-cü illərdə İngiltərədə "Mançester Siti"nin baş məşqçisi kimi çalışıb. Onun rəhbərliyi altında komanda 2012-ci ildə Premyer Liqanın qalibi olub.
İtaliyalı mütəxəssisin son iş yeri 2023-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı millisi olub.
Bu mövsüm Premyer Liqada 7 turdan sonra "Mançester Yunayted" 10 xalla 10-cu yerdə gedir.