
İspaniyanın "Atletik" klubu "Qarabağ"la keçirəcəyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçından öncə La Liqada IX tur matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Bilbao təmsilçisi "Elçe"nin qonağı olub.
Görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Elçe" və "Atletik" 7-8-ci yerləri bölüşürlər.
Qeyd edək ki, "Atletik" və "Qarabağ" arasındakı qarşılaşma oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.