
"Neftçi" və "Araz-Naxçıvan" komandaları arasındakı Azərbaycan Premyer Liqasının VIII tur matçında VAR sisteminin işində problem yaranıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmanın ikinci hissəsində VAR sistemi çalışmayıb.
Səbəb kimi texniki problemlər göstərilib. Nasazlığın aradan qaldırılıb-qaldırılmayacağı bilinmir.
Qeyd edək ki, hazırda "Araz-Naxçıvan" 2:1 hesabı ilə öndədir.