UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun son 9 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" evdə Norveç "Budö Qlimt"ini 3:1 hesabı ilə yenib.
Qollardan ikisini Viktor Osimhen vurub. Beləliklə, "Qalatasaray" ardıcıl ikinci qələbə sayəsində xalını 6-ya yüksəldib və turnir cədvəlində eyni xala malik "Qarabağ"la qonşu olub. Hazırda Azərbaycan klubu 13-cü, Türkiyə komandası 14-cü yerdədir.
"Qarabağ"ın növbəti rəqibi "Çelsi" İngiltərədə Ağdam təmsilçisinin VI turda rəqibi olacaq Niderland "Ayaks"ını darmadağın edib - 5:1.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektivlə son 2 matçda qarşılaşacaq Almaniya "Ayntraxt"ı ilə İngiltərə "Liverpul"u arasındakı qarşılaşmada isə qonaqlar eyni hesabla qalib gəliblər.
İspaniya "Real Madrid"i və Almaniya "Bavariya"sı isə ardıcıl üçüncü qələbələrini qazanıb. "Kral klubu" İtaliya "Yuventus"unu minimal, Münhen təmsilçisi isə Belçika "Brügge"sini böyük hesabla məğlub edib.
"Qarabağ"ın İspaniyada "Atletik Bilbao"ya 1:3 hesablı məğlubiyyətindən sonra turnir cədvəlində xal itirməyən komandaların sayı 5-ə enib. Onların arasında İtaliya "İnter"i və İngiltərə "Arsenal"ı qapısından top buraxmayıb. Ardıcıl qələbələrlə irəliləyən 5-ci komanda - Fransa PSJ-si daha üstün top fərqinə görə 36 komanda arasında liderdir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
22 oktyabr
20:45. "Atletik" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 3:1
Qollar: Qorka Quruseta, 40; 88. Robert Navarro, 70 - Leandro Andrade, 1
20:45. "Qalatasaray" (Türkiyə) - "Budö Qlimt" (Norveç) - 3:1
Qollar: Viktor Osimhen, 3; 33. Yunus Akgün, 60 - Andreas Hermersen, 75
23:00. "Real Madrid" (İspaniya) – "Yuventus" (İtaliya) - 1:0
Qol: Cud Bellingem, 57
23:00. "Ayntraxt" (Almaniya) – "Liverpul" (İngiltərə) - 1:5
Qollar: Rasmus Kristensen, 26 - Yuqo Ekitike, 35. Vircil van Deyk, 39. İbrahima Konate, 44. Kodi Qakpo, 66. Dominik Soboslai, 70
23:00. "Çelsi" (İngiltərə) – "Ayaks" (Niderland) - 5:1
Qollar: Mark Giu, 18. Moyzes Kaysedo, 27. Entso Fernandes, 45 (pen.). Estevan Villian, 45+6 (pen.). Tayrik Corc, 48 - Vaut Verqhost, 33 (pen.)
Qırmızı vərəqə: Kennet Teylor, 15 ("Ayaks")
23:00. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə) - 0:0
23:00. "Bavariya" (Almaniya) – "Brügge" (Belçika) - 4:0
Qollar: Lennart Karl, 5. Harri Keyn, 14. Luis Dias, 34. Nikolas Cekson, 79
23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) - 2:1
Qollar: Jeni Katamu, 69. Allison Santos, 86 - İqor Payşan, 14
Qırmızı vərəqə: Emerson, 45 ("Marsel")
23:00. "Atalanta" (İtaliya) – "Slaviya" (Çexiya) - 0:0


















































































