"Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Atletik"ə səfərdə 1:3 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, kabo verdeli yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
26 yaşlı oyunçu "Atletik"ə uduzmağı məğlubiyyət saymayıb: "Öyrənmə şansı kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır".
Qeyd edək ki, "Qarabağ"ın yeganə qolunu 1-ci dəqiqədə Leandro Andrade vurub.




































































