Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus "Serikspor" klubu Türkiyə I Liqasının XI turunda "Pendikspor"a 0:4 hesabı ilə uduzub.
Sportnet.az xəbər verir ki, qarşılaşmanın ardından Sergey Yuran baş məşqçi postunu tərk etməyi planlaşdırdığını açıqlayıb.
Rusiyalı mütəxəssis komandada perspektiv görmədiyini bildirib.
Daha əvvəl "Serikspor" futbolçularının əmək haqqı borcları üzündən komandanın məşqlərini boykot etdiklərinə dair xəbərlər yayılıb. Yuran xəbərləri təsdiqləyib: "Bu matçı dəyərləndirmək mənim üçün çətindir. Nə oyunçular, nə də məşqçilər heyəti maaş alıb, komanda məşq etməyib. Nəticə gözlənilən idi. Güman ki, gələcək görmədiyim üçün komandanı tərk edəcəyəm. Hazırda klubda ciddi problemlər var".
Qeyd edək ki, Sergey Yuran "Serikspor"a yayda baş məşqçi təyin olunub. Onunla 1 illik müqavilə bağlanılıb. Bunadək isə klubun səhmlərinin 50 faizini "Ximki"nin sabiq sərmayəçisi Tufan Sadıqovun aldığı bildirilib. "Serikspor"da T.Sadıqovun oğlu İlya Sadıqov da oynayır. Hazırda Türkiyə klubunu da Rusiya komandası kimi, dağılma təhlükəsi gözləyir.










































































