"Kəpəz" komandası futbolçusu Otar Aptsiauri ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub Aptsiauriyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, son klubu "Dinamo Tbilisi" olan Otar Aptsiauri "Kəpəz"ə iyulun 22-də keçib.









































































