 
Hazırda Meksikanın "Pumas" komandasında çıxış edən Aaron Remzinin iti oktyabrın 9-dan itib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə yazıb.
Uelsli oyunçu iti barədə informasiyanı verən şəxsin 20 min dollar mükafat alacağını bildirib.
Xatırladaq ki, Aaron Remsi "Pumas"da 2025-ci ilin iyunundan çıxış edir. Bu mövsüm təcrübəli futbolçu 6 oyuna 1 qol vurub.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































