 
İspaniyanın "Barselona" klubu yenilənmiş "Spotify Camp Nou" stadionuna noyabrın 7-də qayıdacaq.
Sportnet.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, həmin gün komanda azarkeşlər qarşısında açıq məşq keçirəcək.
Bu, həm də texniki və istifadəyə verilmə sınağı olacaq. Məşq prosesində idman qurğusunun funksional sistemlərinin düzgünlüyü yoxlanılacaq.
Məşq yerli vaxtla saat 11:00-da olacaq, stadionun qapıları isə 9:30-da açılacaq. Bilet satışı bu gün saat 11:00-dan (Bakı vaxtı ilə saat 14:00-dan) başlanacaq. İlk 48 saat ərzində bilelər yalnız klubun üzvlərinə satılacaq. Onlar hərəyə 1 bilet ala bilərlər və özləri ilə içəri qonaq keçirmələri mümkünsüzdür. Bundan sonra satış hər kəs üçün açıq elan olunacaq.
Biletlər mövsümi abunəçilər üçün 5 avro, bütün arzu edənlər üçün isə 10 avrodur. Əldə olunacaq bütün vəsaitlər xeyriyyə məqsədlərinə sərf olunacaq.
Ümumilikdə stadionda 23 min yer ayrılıb.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    






















































