Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, ümumilikdə 500 klubun yer aldığı siyahıda "Qarabağ" daha 17 pillə irəliləyib.
Hazırda Ağdam təmsilçisi 192,25 xalla 65-ci pillədə qərarlaşıb.
Azərbaycanın digər klublarına gəldikdə, "Sabah" 20 pillə irəliləyib. Hazırda Masazır təmsilçisi 83,5 xalla 276-cı möqedədir.
"Zirə" daha əvvəl 407-ci idisə, indi Bolqarıstan "Arda"sı və Lüksemburq "Differdanj"ı ilə bərabər 66,75 xalla 387-ci pillədə yer alıb.
1 pillə irəliləyən "Araz-Naxçıvan" isə 66,5 xalla 390-cıdır.
Siyahının ilk "10-luğ"u isə belədir:













































































