2028-ci il Avropa çempionatının brendi təqdim olunub.
Sportnet.az xəbər verir ki, təqdimat İngiltərənin paytaxtı Londondakı əfsanəvi Pikadilli meydanında nəhəng "Piccadilly Lights" ekranlarında göstərilib.
Bu, yerli vaxtla saat 20:28-də (Bakı vaxtı ilə 00:28) baş tutub.
Eyni vaxtda Böyük Britaniya və İrlandiyada yeni loqotip, eləcə də təşkilatçı şəhərlərin loqotipləri baxımlı məkanlarda iri ekranlarda nümayiş etdirilib.
Qeyd edək ki, AVRO-2028-i İngiltərə, Şotlandiya, Uels və İrlandiya birlikdə təşkil edəcək. Ümumilikdə 51 oyun 8 şəhər və 9 stadionda baş tutacaq.







































































