PSJ və "Marsel" arasında keçiriləcək Fransa Super Kuboku uğrunda matçın tarixi və yeri müəyyənləşib.
Sportnet.az-ın Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma 2026-cı il yanvarın 8-də Küveytin paytaxtı Əl Küveytdəki "Caber Əl Əhməd" stadionunda təşkil olunacaq.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Hakimlər briqadası gələcəkdə açıqlanacaq.
Qeyd edək ki, 2009-cu ildən Fransa Super Kuboku ölkə xaricində keçirilir. Əvvəlki qarşılaşmalar Qətər, İsrail, Çin, Mərakeş, ABŞ, Tunis və Kanadada gerçəkləşdirilib.










































































