Viktor Qorlov adına Uşaq Futbol Liqası 2025-ci ilin yekunları əsasında "Böyük beşlik" milli mükafatına namizədləri açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, mükafat Rusiya Premyer Liqasının ən yaxşı gənc oyunçusuna verilir.
Namizədlər siyahısında öz klublarında matçların ən azı 50 faizində oynamış 21 yaşadək futbolçular yer alıb. Onlardan biri "Dinamo Moskva" komandasının hücumçusu Ülvi Babayev də yer alıb.
Mükafatın sahibi Rusiyada Premyer Liqa klularının rəhbərləri və məşqçiləri, əsas, gənclər və yeniyetmələrdən ibarət millilərin baş məşqçiləri, Rusiya Futbol İttifaqı, Rusiya Premyer Liqası, I Liqa, Uşaq Futbol Liqası, təşkilatları, futbolun inkişafı ilə məşğul olan təşkilatlar, jurnalistlər və Sovetskiy Sport" oxucuları arasında püşkatma yolu ilə müəyyənləşəcək.












































































