Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordları qeydə alınıb.
Sportnet.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, XII tura təsadüf edib.
“Sumqayıt” – “Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda 9 100 izləyici qeydə alınıb.
Bu qarşılaşmaya qədər mövsümün rekordu X turun “Turan Tovuz” – “Şamaxı” matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı oyunda 5 800 seyrçi olub.
XII turun ilk gününün Yevlax şəhər stadionunda keçirilən “Karvan Yevlax” – “Kəpəz” görüşündə (1:2) isə 4 000 tamaşaçı olub.
Bununla da turun arxada qalan matçlarını 13100 nəfər izləyib. Bu, digər 4 qarşılaşmadan asılı olmayaraq mövsümün ən çox tamaşaçı toplayan turu olub.
Əvvəlki rekord 10720 izləyicinin olduğu X turda yaşanmışdı.
































































