UEFA Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələcək “Napoli” və “Qarabağ” klublarının rəhbərləri arasında görüş keçirilib.
Sportnet.az xəbər verir ki, Neapolda baş tutan rəsmi naharda “Napoli”nin vitse-prezidenti prezidenti Eduardo De Laurentis və “Qarabağ” klubunun prezidenti Tahir Gözel iştirak ediblər.
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov da görüşə dəvət olunub.
Həmkarını salamlayan Eduardo De Laurentis “Qarabağ”ın cari mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışına diqqəti çəkib. Prezidentlər iki klub arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.
Sonda oyunla bağlı xatirə hədiyyələri qarşılıqlı olaraq təqdim olunub.











































































