"Qarabağ"ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox seyv edən qolkiperlər sırasına düşüb.
Sportnet.az xəbər verir ki, 24 yaşlı polşalı qolkiper buna V turun “Napoli”yə qarşı səfər matçından (0:2) sonra nail olub.
Mateuş görüşün 56-cı dəqiqəsində Rasmus Heylunun penaltisini qaytarıb. O, İtaliyadakı qarşılaşmada ümumilikdə 8 zərbəni zərərsizləşdirib.
Koxalski cari mövsümdə Liqa mərhələsində dəf etdiyi zərbələrin sayını 17-yə çatdırıb. Polşalı bu göstəricidə turnirin 11-ci qapıçısıdır.
1. Nikita Haykin (“Bodo Qlimt”) - 31
2. Xeronimo Rulyi (“Marsel”) - 29
3. Tibo Kurtua (“Real”) - 22
4. Nik Poup (“Nyukasl”) - 21
5. Neofitos Mixail (“Pafos”) - 20
6-10. Marko Karnesekki (“Atalanta”) - 18
Mark Flekken (“Bayer”) - 18
Nordin Yakers (“Brügge”) - 18
Vanya Milinkoviç-Saviç (“Napoli”) - 18
Anatoli Trubin (“Benfika”) - 18
11. Mateuş Koxalski (“Qarabağ”) - 17










































































