"Kəpəz" Azərbaycan Premyer Liqasının 13-cü turunda Yevlax şəhər stadionunda "Zirə"yə 0:2 hesabı ilə uduzub.
Sportnet.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Mənim üçün çox maraqlı oyun oldu. Meydanda yaxşı mübarizə getdi. Birinci hissədə meydanda 7 yerli futbolçumuz var idi. Bu, yerli futbolçuların inkişafı üçün çox yaxşıdır. İkinci hissədəki xırda səhvlərə görə uduzduq. Həmişə deyirəm, belə səhvlər etməməliyik. Əksinə rəqibi səhv etməyə məcbur etməliyik. "Zirə"ni təbrik edirəm.
- Zədəli futbolçuların durumu necədir?
- Mahamadu Banın zədəsi bir həftə çəkər. Luis Paçunun növbəti oyuna hazır olacağını düşünürəm. Sadiq Şəfiyev iki gün sonra məşqlərə başlayacaq.
- Kaçper Rosa ilə yollar ayrılıb?
- Yox. Hələ ki bizimlədir.
- Rəqibin aqressiv olduğunu demək olar?
- Oyun sərt keçdi, mənim üçün çox maraqlı oldu. Elə də kobudluq olmadı. Futbol belə mübarizələrlə yadda qalır.
- Meydançanın durumu ilə bağlı nə deyə bilərsiniz?
- Reallıq budur ki, bununla kifayətlənməliyik. Meydança yenidir. Tədricən istədiyimiz vəziyyətə gələcək. Avropada da süni örtüklü meydançalarda yarışlar keçirilir.
- Şahmar Aşurovu gələcəkdə daha çox oynatmağı düşünürsünüz?
- Şahmar çalışqan futbolçudur. Çalışqanlığı onun bu gün həyətdə olmasının səbəbidir. Çatışmayan cəhətləri var.









































































