"Ağır oyun alındı. Meydançada yaxşı mübarizənin şahidi olduq".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev evdə "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis özləri ilə yanaşı, rəqibi də dəyərləndirib: "Şamaxı" yaxşı, mobil komandadır. Düşünürəm ki, bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı əzmkar oyunla qələbə qazanması və qarşıdan gələn bayramlar münasibətilə tərik edirəm. Ümid edirəm ki, kollektiv olaraq, daha da artığını edəcəyik".






































































