“Araz-Naxçıvan” məşqlərini bərpa edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ilin ilk məşqinə baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə 12 futbolçu qatılıb.
Legionerlərdən Bruno Franko məşqdə iştirak edib, digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.

























































































