Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" komandası ilk yoxlama matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Macarıstan "Pakş"ı olub.
Görüş "Pakş"ın qələbəsi ilə yekunlaşıb - 5:1. "Sumqayıt"ın yeganə qolunu Rüstəm Əhmədzadə vurub.
Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi Türkiyədə daha 2 yoxlama oyununa çıxacaq. Saşa İliçin komandası yanvarın 12-də Serbiyanın OFK, yanvarın 16-da isə Xorvatiyanın “Osiyek” komandası ilə üz-üzə gələcək.














































































