“Milan”ın gənclərdən ibarət komandasının futbolçusu Maksimilian İbrahimoviç karyerasını Niderlandda davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
O bildirib ki, 19 yaşlı hücumçu Amsterdam “Ayaks”ına keçməyə yaxındır.
İsveçli forvard yeni klubuna satınalma hüququ ilə icarə əsasında qoşulacaq. Razılaşmaya görə, futbolçunun gələcək satışından əldə olunacaq məbləğin müəyyən faizi “Milan”a çatacaq.
Qeyd edək ki, 2025/2026 mövsümündə Maksimilian İbrahimoviç “Milan”ın U-23 komandasında Seriya D çərçivəsində 16 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Maksimilian İbrahimoviç İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviçin oğludur. Zlatan karyerası ərzində həm “Ayaks”, həm də “Milan” klublarının formasını geyinib.
















































































