İtaliyanın “Milan” komandasının futbolçusu Niklas Füllkruqun dəyəri 500 min avro olan saatları oğurlanıb.
Sportnet.az-ın "Football İtalia"ya istinadən məlumatına görə, hadisə hücumçunun məşqə getdiyi vaxt baş verib.
Otelə qayıtdıqda o, seyfinin açıldığını görüb. Oğrular forvardın ümumi məbləği 500 000 avro olan dörd qol saatını aparıblar.
Almaniyalı hücumçu bu il yanvarın 2-də İngiltərə “Vest Hem”indən icarə əsasında “Milan”a keçib. İtaliya klubunda o, dörd oyunda iştirak edib, birində start heyətində çıxış edib, lakin məhsuldarlıqla fərqlənə bilməyib.
Qeyd edək ki, Niklas Füllkruq ilk dəfə 2022-ci ilin noyabrında Almaniya millisinin əsas heyətinə çağırılıb və Qətərdə keçirilən dünya çempionatında komandaya daxil olub.











































































