İngiltərə millisinin və “Mançester Yunayted” klubunun sabiq futbolçusu Ueyn Runinin eşitmə problemi yaranıb.
Sportnet.az-ın məlumatına görə, hazırda BBC-nin "Match of the Day" proqramında çalışan keçmiş hücumçu çəkiliş zamanı qulaqcığın sağ qulağına keçirilməsini xahiş edib.
“Bu qulaqdan istifadə edə bilərəm? Sol qulağımdan eşitmirəm. Səs çox yüksək olanda aparıcı Kelli Keytsin və ya başqasının dediklərini eşitməkdə çətinlik çəkirəm”, – deyə Runi YouTube videosunda bildirib.
Qeyd edək ki, 40 yaşlı Ueyn Runi 2004 – 2017-ci illərdə “Mançester Yunayted”lə 5 dəfə İngiltərə çempionu olub, Çempionlar Liqası və Avropa Liqasının qalibi adını qazanıb. O, həmçinin “Everton”, “Di Si Yunayted” və “Derbi Kaunti” klublarında çıxış edib.
İngiltərə millisindəki 120 oyunda 53 qol vuran Runi 2023-cü ilə qədər yığmanın tarixində ən məhsuldar futbolçu olub. Karyerasını başa vurduqdan sonra bir sıra klublarda məşqçi kimi fəaliyyət göstərib.











































































