UEFA Çempionlar Liqasında əsas mərhələnin son tur qarşılaşmaları keçirilib.
Sportnet.az-ın məlumatına görə, 18 qarşılaşmanın hamısı eyni gün və eyni saata təyin olunub.
Bu addım komandaların turnir maraqları baxımından atılıb.
Qarşılaşmaların yekunlarına əsasən, ilk 8 pillənin sahibləri - "Arsenal" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Mançester Siti" (İngiltərə) komandaları birbaşa 1/8 finala yüksəliblər.
Pley-off mərhələsində "Real Madrid" (İspaniya), "İnter" (İtaliya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Yuventus" (İtaliya), "Atletiko Madrid" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer Leverkuzen" (Almaniya) səpələnmişlər səbətində yer alacaqlar. Əsas mərhələni 22-ci pillədə bitirən "Qarabağ" pley-offda ya PSJ, ya da "Nyukasl"a rəqib olacaq.
20-ci yerin sahibi "Qalatasaray" isə ya "Yuventus", ya da "Atletiko Madrid"lə üz-üzə gələcək.
Səpələnməmişlər səbətində, həmçinin "Borussiya Dortmund" (Almaniya), "Olimpiakos" (Yunanıstan), "Brügge" (Belçika), "Monako" (Fransa), "Budö Qlimt" (Norveç), "Benfika" (Portuqaliya) düşüb. "Benfika" "Real Madrid"lə görüşdə 4:2 hesabı ilə qalib gələrək, top fərqini -2 edib və Fransa "Marsel"ini üstələyib. Portuqaliya təmsilçisinin son qolunu ukraynalı qapıçı Anatoli Trubin vurub. "Kral klubu" isə oyunun sonlarında iki qırmızı vərəqə alıb.
9 - 24-cü yerləri tutanlar isə pley-off mərhələsinə yüksələcəklər. 7 turdan sonra İngiltərə "Arsenal"ı 21, Almaniya "Bavariya"sı 18 xalla ilk 2 pillədə yer alıb və 1/8 finala vəsiqəni təmin ediblər.
Hazırda "Qalatasaray" Azərbaycan təmsilçisi "Qarabağ"la birlikdə hərəyə 10 xalla 17-18-ci yerləri bölüşdürür.
28 yanvar
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VIII tur
"Liverpul" (İngiltərə) – "Qarabağ" (Azərbaycan) - 6:0
Qollar: Aleksis MakAllister, 15; 61. Florian Virts, 21. Məhəmməd Salah, 50. Yuqo Ekitike, 57. Federiko Kyeza, 90
"Arsenal" (İngiltərə) - "Kayrat" (Qazaxıstan) - 3:2
Qollar: Viktor Dökereş, 3. Kay Haverts, 16. Qabriel Martinelli, 36 - Jorjinyo, 7 (pen.). Rikardinyo, 90+3
PSJ (Fransa) – "Nyukasl" (İngiltərə) - 1:1
Qollar: Vitinya, 8 - Co Uillok, 45+2
İstifadə olunmamış penalti: Usman Dembele, 4 (PSJ)
"Monako" (Fransa) – "Yuventus" (İtaliya) - 0:0
"Napoli" (İtaliya) – "Çelsi" (İngiltərə) - 2:3
Qollar: Antonio Verqara, 33. Rasmus Höylunn, 43 - Entso Fernandes, 19 (pen.). Juan Pedro, 61; 82
"Borussiya Dortmund" (Almaniya) – "İnter" (İtaliya) - 0:2
Qollar: Federiko Dimarko, 81. Endi Diuf, 90+4
"Benfika" (Portuqaliya) – "Real Madrid" (İspaniya) - 4:2
Qollar: Andreas Şelderup, 36; 54. Vangelis Pavlidis, 45+5 (pen.). Anatoli Trubin, 90+8 - Kilian Mbappe, 30; 58
Qırmızı vərəqələr: Raul Asensio, 90+2. Rodriqo, 90+7 (hər ikisi "Real Madrid")
"Mançester Siti" (İngiltərə) – "Qalatasaray" (Türkiyə) - 2:0
Qollar: Erlin Holann, 11. Rayan Şerki, 29
"Barselona" (İspaniya) – "Kopenhagen" (Danimarka) - 4:1
Qollar: Robert Levandovski, 48. Lamin Yamal, 60. Rafinya, 69 (pen.). Markus Reşford, 85 - Viktor Dadason, 4
PSV (Niderland) – "Bavariya" (Almaniya) - 1:2
Qollar: İsmael Saybari, 78 - Camal Musiala, 58. Harri Keyn, 84
"Ayntraxt" (Almaniya) – "Tottenhem" (İngiltərə) - 0:2
Qollar: Kolo Muani, 47. Dominik Solanke, 77
"Bayer Leverkuzen" (Almaniya) – "Vilyarreal" (İspaniya) - 3:0
Qollar: Malik Tillman, 12; 35. Alexandro Qrimaldo, 57
"Atletik Bilbao" (İspaniya) – "Sportinq" (Portuqaliya) - 2:3
Qollar: Oyan Sanset, 3. Qorka Quruzeta, 29 - Usman Dyomande, 12. Fransişku Trinkan, 62. Alisson Santos, 90+4
"Atletiko Madrid" (İspaniya) – "Budö Qlimt" (Norveç) - 1:2
Qollar: Aleksander Sörlot, 15 - Fredrik Şövold, 34. Kasper Höq, 59
"Yunion" (Belçika) – "Atalanta" (İtaliya) - 1:0
Qol: Anan Xalili, 70
"Ayaks" (Niderland) – "Olimpiakos" (Yunanıstan) - 1:2
Qollar: Kasper Dolberq, 69 (pen.) - Jelson Martinş, 52. Santyaqo Esse, 79
"Brügge" (Belçika) – "Marsel" (Fransa) - 3:0
Qollar: Mamadu Diakon, 4. Romeo Vermant, 11. Aleksandar Stankoviç, 79
"Pafos" (Kipr) – "Slaviya" (Çexiya) - 4:1
Qollar: Vlad Draqomir, 17. Bruno, 53. Anderson, 84. Mislav Orşiç, 87 - Ştepan Xaloupek, 44
Qırmızı vərəqə: Yan Boril, 59 ("Slaviya")














































































