Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Abşeron rayonunun Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da "Sabah" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Görüş qolsuz yekunlaşıb - 0:0.
29-cu dəqiqədə "Qəbələ"nin hücumçusu Domi Massumo penaltidən yararlana bilməyib.
Cavab görüşü martın 4-də Qəbələ şəhər stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunu da qolsuz yekunlaşıb. "Sumqayıt" "Zirə" ilə ev qarşılaşmasında heç-heçə edib - 0:0. İlk oyunlardan daha 2-si fevralın 5-də keçiriləcək. "Şamaxı" "Qarabağ"ı, "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək.
------------------------
Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk görüş "Sumqayıt" və "Zirə" komandaları arasında keçirilib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb - 0:0.
Cavab görüşü martın 4-də Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək.
----------------------
Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk iki qarşılaşma Sumqayıt və Masazırda təşkil olunacaq.
"Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunda "Zirə"ni sınağa çəkəcək. Saat 17:00-da başlanacaq qarşılaşmanı baş hakim Cavid Cəlilov idarə edəcək.
Bu komandalar indiyədək iki dəfə üz-üzə gəliblər. 2018/2019 mövsümünə təsadüf etmiş yarımfinal oyunları heç-heçə ilə yekunlaşıb. "Sumqayıt" evdə 0:0, səfərdə 3:3 hesablı heç-heçə edib. Məhz həmin vaxt qüvvədə olan səfər qolları prinsipinə uyğun olaraq, "gənclik şəhəri" təmsilçisi finala yüksəlib.
Günün digər görüşü "Sabah" və "Qəbələ" arasında gerçəkləşəcək. "Bank Respublika Arena"da saat 19:30-da start götürəcək matça baş hakim Fərid Hacıyev təyinat alıb. Komandaların yolları 3-cü dəfə - yenə 1/4 finalda kəsişir. Əvvəlki 4 oyunun hamısında “Qəbələ” qalib gəlib. Topların nisbətində "qırmızı-qaralar"ın üstünlüyü isə belədir - 8:2.
Bizon Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
4 fevral
17:00. “Sumqayıt” – “Zirə” - 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. “Sabah” – “Qəbələ” - 0:0
İstifadə olunmamış penalti: Domi Massumo, 29 ("Qəbələ")
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”
Qeyd edək ki, digər yarımfinal görüşləri fevralın 5-də keçiriləcək. Cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.