Türkiyə “Fənərbağça”sı Fransa millisinin futbolçusu N’Qolo Kanteni heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı “Əl-İttihad”ı ilə müqaviləsini ləğv etdikdən sonra İstanbul təmsilçisinə azad agent kimi keçib.
Kante Türkiyə təmsilçisi ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.
Daha əvvəl “Fənərbağça” transferin sənədlərlə bağlı problemlər səbəbindən baş tutmadığını bildirmiş və Səudiyyə Ərəbistanı tərəfini ittiham etmişdi. Sonradan isə klublar FİFA-dan bu keçidi rəsmiləşdirmək üçün icazə alıblar. Sözügedən razılaşma çərçivəsində Mərakeş millisinin hücumçusu Yussef En-Nesiri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.
Xatırladaq ki, N’Qolo Kante 2023-cü ildən “Əl-İttihad”ın formasını geyinirdi. O, cari mövsümdə 26 oyunda 2 qol vurub və 1 qol ötürməsi ilə yadda qalıb.














































































