"Rəqibin qapanaraq, əks-hücumlara çıxacağını gözləyirdik, çünki rəqibin əks-hücumda yaxşı olduğunu bilirdik. llk yarıda dominant tərəf biz idik. İki səhvimizdən qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdılar. İkinci hissəyə isə nədənsə, istədiyimiz kimi başlaya bilmədik. Rəqibə çoxlu boşluqlar və qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmaq imkanı verdik. Buna baxmayaraq, qapımızı toxunulmaz saxladıq. Qələbə bizimdir və yolumuza davam edirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin qapısı Kenan Piriç evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra klub televiziyasına açıqlanmasında deyib.
Bosniya və herseqovinalı qolkiper qapıçılarla iş üzrə məşqçilərin işini yüksək qiymətləndirib: Biz çox yaxşı, əzmkar çalışırıq. Qapıçılarla iş üzrə məşqçi ilə aramızda yaxşı münasibət var, məşqləri yaxşı keçirik. Bu da özünü nəticədə göstərir. Qol buraxmamağımız və belə çıxışımız təkcə qapıçıların yox, bütöv komandanın işidir".








































































