ABŞ-ın MLS təmsilçisi “Kolambus Kryu”nun baş meneceri İssa Tall klubun yeni transferi Nəriman Axundzadə barədə danışıb.
Sportnet.az xəbər verir ki, Tall klubun rəsmi saytına açıqlamasında 22 yaşlı hücumçunun komandaya uyğunluğunu xüsusi vurğulayıb.
“Nəriman komandamıza yeni bacarıqlar gətirəcək və oyunumuzun ölçülərini daha da genişləndirəcək. Onun texniki keyfiyyətləri ilə işgüzarlığının vəhdəti oyun üslubumuza tam uyğundur. Gənc yaşına baxmayaraq, Nariman artıq daxili arenada, Avropa səviyyəsində və milli komanda tərkibində dəyərli təcrübə qazanıb. Onu “Kolambus”da görməkdən məmnunuq və klubumuzdakı inkişafını səbirsizliklə gözləyirik”, - deyə o bildirib.
Qeyd edək ki, Nəriman Axundzadə “Kolambus Kryu” ilə 3,5 illik müqavilə bağlayıb.
Welcome to the Black & Gold, Nariman Akhundzada ???????? pic.twitter.com/nwLGM1hrrF
— The Crew (@ColumbusCrew) February 10, 2026








































































