UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində 18 fevral 2026-cı il tarixində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçı üçün biletlər sabah, gün ərzində satışa çıxarılacaq.
Sportnet.az xəbər verir ki, biletlər yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə oluna bilər.
Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl" oyunu saat 21:45-da başlayacaq.





































































