Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların növbəti reytinq siyahısını açıqlayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Qarabağ" dünya reytinqində 9 pillə irəliləyib.
Ağdam komandası 200 xalla 60-cı sırada qərarlaşıb.
"Sabah" (96 xal) 224-cü yerdən 211-ə qalxdığı halda, "Zirə" (63 xal) 389-cu mövqedən 418-ə, "Araz-Naxçıvan" (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.
502 klubun yer aldığı siyahıda 595 xalla Fransanın PSJ klubu liderdir.






































































