"Sabah"ın qapıçısı Stas Pokatilov komandadan ayrılmağa yaxındır.
Sportnet.az vesti.kz nəşrinə istinadən xəbər verir ki, qazaxıstanlı qolkiper Masazır təmsilçisi ilə müqaviləsini yeniləməyib.
33 yaşlı oyunçu hazırda xarici klublarla danışıqlar aparır. Onun xidmətində xüsusilə Türkiyə Superliqası təmsilçilərinin maraqlı olduğu bildirilir.
Pokatilov karyerasını Türkiyədə davam etdirməyə isti yanaşır və yeni klubu ilə ilkin razılaşma əldə edə bilər. Kapitanın “Sabah”la müqaviləsi cari ilin iyununda başa çatır. Bu halda o, mövsümün sonunda azad agent statusu ilə komandadan ayrıla bilər.
Qeyd edək ki, “Sabah” 19 turdan sonra Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Masazır təmsilçisi ən yaxın izləyicisi olan "Qarabağ"ı 4 xal qabaqlayır. Pokatilov cari mövsüm bütün oyunlarda forma geyinib və cəmi 12 qol buraxıb.
O, həmçinin Qazaxıstan milli futbol komandasının heyətində 30 oyun keçirib.









































































