"Əl Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının Pro Liqasının XXII turunda "Əl Fateh"lə oyunda fərqlənib.
Sportnet.az xəbər verir ki, portuqaliyalı hücumçu 18-ci dəqiqədə hesabı açaraq komandasını önə çıxarıb – 1:0. Bu görüş Ronaldu üçün boykotdan sonra ilk oyun, bu top isə onun karyerasında 962-ci qol olub.
80-ci dəqiqədə isə Ayman Yahha "Əl Nəsr"in növbəti qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib - 2:0.
Daha əvvəl Ronaldu “Əl Nəsr”in 3 oyununda iştirak etməyib. Bunlardan 2-si Pro Liqa, 1-i Asiya Çempionlar Liqasına təsadüf edib. Təcrübəli hücumçu Səudiyyə Ərəbistanının Suveren Fondu (PIF) tərəfindən bəzi klublara münasibətə etiraz olaraq oyunları boykot etmişdi. O, eyni zamanda klubun bəzi əməkdaşlarına maaşların gecikdirilməsinə narazılığını ifadə etmişdi.
Hazırda “Əl-Nəsr” turnir cədvəlində 21 oyundan 52 xalla 2-ci pillədə qərarlaşıb. Cədvələ 21 matçdan 53 xal toplayan "Əl Hilal" başçılıq edir.












































































