İtaliya A Seriyasında XXV turun mərkəzi görüşü "İnter" və "Yuventus" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 17-ci dəqiqədə Andrea Kambiaso açıb. "Yuventus"un futbolçusu topu öz qapısına göndərib. 26-cı dəqidəqə isə o, "İnter"in qapısını dəqiq nişan alaraq, bərabərlik qolunu vurub.
42-ci dəqiqədə Pyer Kalulu ikinci sarıdan qırmızı vərəqə alaraq, meydançadan qovulub.
76-cı dəqiqədə Françesko Pio Espizito "İnter"i hesabda önə çıxarsa da, 83-cü dəqiqədə Manuel Lokatelli yenidən tarazlıq yaradıb.
Lakin 90-cı dəqiqədə Pyotr Zelinski fərqlənərək, meydan sahiblərinə qələbə qazandırıb.
Bununla da xalını 61-ə çatdıran "İnter" liderliyini möhkəmlədib. "Yuventus" isə 46 xalla 5-ci yerdədir.














































































