"Neftçi"nin məşqçisi Babək Həsənov qəzaya düşüb.
Sportnet.az-ın məlumatına görə, hadisə fevralın 18-də, paytaxtın 20 Yanvar dairəsində baş verib.
Həsənov avtosfer.az-a bildirib ki, idarə etdiyi avtomobillə 20 Yanvar dairəsində hərəkətdə olan zaman, 90-KC-160 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü onun avtomobilini vuraraq hadisə yerindən yayınıb.
Zərərçəkmiş sürücü qəza törədən avtomobili dayandırmağa çalışsa da, bu, mümkünsüz olub.
Qeyd edək ki, sürücü Babək Həsənov hadisə ilə bağlı Dövlət Yol Polisi İdarəsinə rəsmi ərizə ilə şikayət ünvanlayıb.





































































