Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Turan Tovuz"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Oyuna çox pis başladıq və qapımızda iki qol gördük. Həmin dəqiqələrdə komandada çaşqınlıq var idi. Birinci hissəni çox pis keçirdik. İkinci yarıda isə tam əksi oldu. Rəqibin kompakt müdafiəisini yara bilmədik. Fasilədən sonra futbolçular çalışdılar. Amma matçın əvvəlində buraxılan səhvləri sonradan düzəltək alınmadı.
- Birinci hissədə dəyişiklik etdiniz. Səbəb nə idi?
- Oyunun əvvəlində İsmayıl İbrahimlidə müəyyən narahatlıq var idi. Onu meydançaya buraxıb-buraxmamaq barədə fikiləşirdik. Hiss olunurdu ki, oyununa təsir etdi. Hesabda geriyə düşdük və dəyişikliyə getdik.
- "Zirə"nin əvəzedici komandasını izləyirsiniz? Bu mövsüm əsas komandaya əvəzedici heyətdən oyunçu dəvət etmirsiniz...
- Mütəmadi olaraq uşaqları dəvət edirik. Əvəzedicilər Liqasını izləyə bilmirəm. Amma oradan komandaya oyunçular dəvət edirik. Kimi hazır görsək, oyuna buraxacağıq.
- Oyunboyu "Turan Tovuz" azarkeşləri sizi qarşı şüarlar səsləndirdi, atmacalar atdılar. Bunu nə ilə əlaqələndirirsiniz?
- Açığı, mən də oyunboyu səbəbini bilmədim, başa düşmədim. "Turan Tovuz" mənə doğma komandadır. Fikir bildirməyəcəyəm. Çünki səbəbini bilmədim.







































































