"Sumqayıt"ın baş məşqçisi Saşa İliç evdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, serbiyalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Görüşün ilk 20 dəqiqəsində yaxşı oyun göstərdik. İlk hissənin sonlarına yaxın səhvlər edirdik. İkinci hissədə biraz toparlasaq da, sonda bərabərliklə matçdan ayrıldıq.
- Komanda ümumilikdə yaxşı oyun sərgiləyir. Lakin ələ düşən imkanlardan futbolçuların yararlana bilməməsini məsuliyyətsiz yanaşma kimi qələmə vermək olarmı?
- Razıyam, bəzi epizodlardan yararlana bilmirik. Amma düşünmürəm ki, bu məsuliyyətsizlikdən irəli gəlir. Nədən bu durumun olduğunun cavabın tapa bilmirəm.
- Roi Kehatın zədəsi ilə bağlı məlumat varmı?
- Hələlik məlum olan heç nə yoxdur. Bazar ertəsi müayinələrdən sonra daha dəqiq bir şey söyləmək olar.
- Ardıcıl 3 oyundur qələbə qazana bilmirsiz. Bunu avrokuboklara vəsiqə uğrunda mübarizədə sizə necə təsir edəcəyini düşünürsüz?
- Hələki heç nə bəlli deyil. Bundan sonra çətin oyunlarımız qalsa da, əlimizdən gələni etməyə çalışacağıq.










































































